Haqqımızda

Vahid QR ödəniş sistemi Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nəğd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan respublikasının 23 dekabr 2016-cı il tarixli qanununa əsasən hazırlanmışdır.
VQRÖS-də pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdə, YDM, taksi və s. yerlərdə sürətli, rahat və təhlükəsiz şəkildə ödənişlərin aparılması mümkündür. Burada QR ödəmə metodu standartlarından istifadə edərək müştəri ilə obyekt arasında ödənişin rahatlığı və təhlükəsizliyi üçün vahid QR ödəniş sistemi tərəfindən öncədən hazırlanmış bar kod formalarından istifadə edilir. Vahid QR ödəniş sistemi, müştərilərlə vergi ödəyiciləri arasında əlaqəni tam təhlükəsiz şəkildə təmin edir.